"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hacı Zeynalabdin qəsəbəsində “Yerli Demokratiya Həftəsi” keçirilib

--2016-11-04 / 20:12

Hacı Zeynalabdin  Bələdiyyəsi 2016-cı ilin oktyabrın  31-dən  noyabr ayının 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftə”si adlı tədbir həyata keçirib. Bu barədə məlumatı  Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsindən veriblər. Tədbirdə məqsəd bələdiyyə ilə əhalinin təmaslarını bir qədər də möhkəmləndirmək, cəmiyyətin demokratikləşdirilməsi istiqamətində işləri daha da sürətləndirmək, yerlərdəki problemlərin həllində insanların birgə fəaliyyətini təmin etməkdir.  Həftə ərzində qəsəbə ərazisində bir sıra şüarlardan istifadə edilib:

-“Azərbaycanda Yerli Demokratiya Həftəsi”ndə fəal iştirak edək!

- “Bələdiyyə - vətəndaş, vətəndaş – bələdiyyə əlaqələrini  möhkəmləndirək”!

Həftə ilə əlaqədar bələdiyyədə “Açıq qapı” günləri təşkil olunmuşdur, vətəndaşların bələdiyyə ilə sıx əlaqələrinin qurulması məqsədilə “qaynar telefon xətti” (018 643-17-68) təşkil olunub.

Vətəndaşların bələdiyyə ilə operativ əlaqələrinin təmin edilməsi məqsədilə, bələdiyyənin inzibati binasının qarşısında “Bələdiyyə poçt qutu”su  quraşdırılıb.

Hacı Zeynalabdin Bələdiyyəsi sakinlərlə görüş keçirib. Görüşdə qəsəbə sakinləri, bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları, məhəllə komitələri və ağsaqqallar şurasının nümayəndələri  iştirak ediblər. Görüşü açan Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov  Azərbaycanda keçirilən "Yerli demokratiya həftəsi"nin əhəmiyyətindən və bələdiyyələrin üzərinə düşən məsuliyyət yükündən danışaraq, həftə ərzində görülən və  görüləcək işlərdən danışıb.  E. Məmmədov Azərbaycanın müstəqil və sivil bir dövlət kimi demokratik prinsiplər və dəyərlər əsasında inkişafında xalqımızın ümummilli lideri, dahi rəhbər Heydər əliyevin müstəsna rolu olduğunu diqqətə çatdıraraq qeyd edilmişdir ki, Ulu öndərin layiqli davamçısı olan ölkə başçısı ilham əliyevin gərgin və çoxşaxəli prezidentlik fəaliyyəti sayəsində Azərbaycan son illərdə böyük intibah dövrü keçirərək, bütün sahələrdə inanılmaz sürətli inkişafa, yüksək uğurlara nail olmuşdur.

 inanırıq ki, oktyabrın 31-dən  noyabr ayının 5-dək keçirilmiş “Yerli Demokratiya Həftəsi” bələdiyyə - vətəndaş əlaqələrinin daha da dərinləşməsində və yerli əhəmiyyətli problemlərin həllində mühüm rol oynayacaqdır.

Belediyye.info

ŞƏRHLƏR